Siyasət

29 Yanvar

Fitch: 2023-cü ilədək SOCAR-ın kapital qoyuluşları $8,2 milyard təşkil edəcək

2019-2022-ci illərdə SOCAR şirkətinin (ARDNŞ) kapital qoyuluşları 14 milyard manat məbləğində qiymətləndirilir (cari məzənnə ilə $8,2 milyard). Bu barədə “Fitch” agentliyi məlumat verir.

“2019-2022-ci illərdə şirkətinin kapital qoyuluşları, bu dövrdə 1,7 manat/1USD səviyyəsində stabil məzənnə olduğu zaman, 14 milyard manat təşkil edəcək”, - məlumatda deyilir.

“Fitch”in proqnozlarına əsasən, 2020-ci ildə bir barrel neftin orta qiyməti $62,5, 2021-ci ildə - $60, 2022-ci ildə - $57,5 təşkil edəcək.

“Fitch”in analitikləri qeyd edirlər ki, 2019-cu ilin 30 iyun tarixinə qısamüddətli və uzunmüddətli borcun cari səviyyəsi olan 4,2 milyard manat qarşısında SOCAR-ın likvidliyi 7,6 milyard manat təşkil edib.

“Likvidliyə 6 milyard manat məbləğində nağd pul kütləsi, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üçün 1,5 milyard manat məbləğində istifadə olunmayan kredit xətti daxildir. Qısamüddətli borc öhdəliyinin əsas hissəsi ABŞ dollarındadır və SOCAR-ın ticarət bölməsi (SOCAR Trading - İF), Türkiyədəki “Petkim” neft-kimya kompleksi və əsas şirkətlə əlaqəlidir. 2019-2020-ci illərdə sərbəst pul axını üzrə proqnoz hesabına likvidlik bir qədər təzyiq altında ola bilər. Buna baxmayaraq, biz kapitala əlavə daxilolmalar hesabına dövlətin istənilən likvidlik uyğunsuzluğunu təmin edəcək”, - agentliyin ekspertləri qeyd edirlər.

“Fitch”in qiymətləndirmələrinə əssaən, 2019-2022-ci illərdə SOCAR-ın birgə müəssisələrə investisiyaları 800 milyon manat təşkil edəcək