Siyasət

28 Yanvar

Azərbaycan 2019-cu ildə Ukraynaya $309,443 milyon dəyərində neft ixrac edib

Ukrayna 2019-cu ildə neft və neft xammalı idxalını 2018-ci ilin göstəricisi ilə müqayisədə 3,1% - 790,628 min tonadək artırıb.

Dövlət Fiskal Xidmətinin məlumatına görə, 2019-cu ildə $405,748 milyon məbləğində neft idxal olunub ki, bu da 2018-ci illə müqayisədə 6% azdır.

Azərbaycandan $309,443 milyon (bütün tədarükün 76,3%) məbləğində xammal daxil olub.

2018-ci ildə Azərbaycan Ukraynaya $407,104 milyon məbləğində neft tədarük edib.

2019-cu ildə ABŞ Ukraynaya $90,999 milyon (22,4%), Qazaxıstan $2,596 milyon (0,6%), digər ölkələr isə $2,71 milyon (0,7%) məbləğində neft tədarük edib.