Siyasət

28 Yanvar

Nazirlik sözçüsü Azərbaycanın OPEC+-un bu sahədə tədbirlərini dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan Çində koronavirusun yayılması ilə bağlı tələbatın azalması qorxusu ilə dünyada neftin ucuzlaşan qiymətinin OPEC+ tərəfindən stabilləşməsinə yönələn istənilən tədbirlərini dəstəkləyəcək. Bu barədə  Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Zəminə Əliyeva bildrib.

“Epidemiyanın neft bazarına mənfi təsiri zamanı OPEC+ bu təsirləri aradan qaldırmağa qadirdir. Öz tərəfindən Azərbaycan OPEC+ formatının iştirakçısı kimi neft bazarında stabilliyin qorunmasında maraqlıdır, bu əməkdaşlıq çərçivəsində atılan istənilən addımları dəstəkləməyə hazırdır”, - Əliyeva bəyan edib.