Siyasət

27 Yanvar

Azərbaycan prezidenti: "OPEC+ sazişinin uzadılması məqsəduyğundur"

Bazarda vəziyyəti nəzərə alaraq, OPEC+ sazişinin uzadılması məqsədəuyğundur. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiya24” telekanalına müsahibəsində bildirib.

“Bu məsələ, əlbəttə ki, yaxın zamanda müzakirə olunacaq (martın əvvəlinə OPEC+ ölkələrinin iclası təyin olunub - İF). Lakin, konkret nəticələr gördüyümüzü nəzərə alaraq, sazişin uzadılmasını məqsədəuyğun hesab edirəm. Uzadılmayacağı halda bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ tendensiyalar meydana gələ bilər. Bu səbəbdən, sazişin uzadılmasının mənasının olduğunu hesab edirəm”, - o bildriib.

Birinci rübdə OPEC+ ölkələri neft hasilatını 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə müqayisədə gündəlik 1,7 milyon barrelədək azaltmalıdırlar.

“Xüsusən də OPEC+ formatı çox səmərəlidir və Azərbaycan həmin formatın işində çox fəal iştirak edir. Biz götürdüyümüz öhdəliyə əsasən hasilatı azaldırıq, əslində OPEC-ə daxil olmayan ölkələr özlərini OPEC-in üzvləri kimi aparırlar. Buna görə, OPEC+ çox uğurlu çoxtərəfli əməkdaşlıq formatıdıq, hansı ki bu gün, rəyimizə əsasən, neftin ədalətli olan qiymətini müəyyən edib”, - Əliyev əlavə edib.