Siyasət

27 Yanvar

İlham Əliyev: “Azərbaycana gəlincə, bu il büdcəmizdə bir barrel neftin qiyməti $55 müəyyən edilib"

2020-ci ildə dünya bazarlarında neftin qiyməti $55-65 civarında qalacaq. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.

“Düşünürəm ki, bugünkü qiymət səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları təmin edir. Azərbaycana gəlincə, bu il büdcəmizdə bir barrel neftin qiyməti $55 müəyyən edilib, lakin hazırda qiymət daha yüksəkdir. Düşünürəm ki, bir barrel neftin qiyməti $55-65 civarında qalacaq”, - Əliyev “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, neftin qiymətinin bu diapazonu fors major halları olmayacağı zaman qalacaq.

(c)"İnterfaks-Azərbaycan"