Siyasət

27 Yanvar

Neft qiymətləri "virus ilə" 3 ayın ən aşağı səviyyəsinə düşdü

Neft qiymətləri, Çində ortaya çıxan ölümcül koronavirusun bazarda neftə olan tələbə mənfi təsir edəcəyinin gözlənilməsi ilə üç ayın ən aşağı səviyyəsinə geriləyib. 

 

Fins.az xəbər verir ki, virusdan ölənlərin sayının artması ilə neft qiymətləri 3%-dən çox düşüb.  

 

Brent neftinin qiyməti 3.6% düşərək 58.52 dollara, Qərb Teksas neftinin (WTI)  qiyməti isə 3.8% geriləyərək 52.15 dollara qədər geriləyib.

 

©Marja