Siyasət

27 Yanvar

Sumqayıt Kimya Sənaye Parkında yeni rezidenti

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident -“Azmonbat” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb

Məlumatda bildilir ki, “Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.

“Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da nəzərdə tutur.