Siyasət

24 Yanvar

Azərbaycanda sement istehsalı 1,4% azalıb

2019-cu ildə Azərbaycanda tikinti materiallarının istehsal həcmi 771,1 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 5% çoxdur. Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər yayımlayıb.

Statistik məlumatlara əsasən, hesabat ilində respublikada sement istehsalı 3 milyon 396,2 min ton təşkil edib (2018-ci illə müqayisədə azalma 1,4%).

2019-cu ildə tikinti əhəngi istehsalı 43,1 min ton (artım 39,7%), sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalı 83,1 min ton (artım 29,6%), asfalt istehsalı 418,8 min ton (artım 44,3%), tikinti kərpici istehsalı 440,3 min ton (artım 28,2%), hazır beton qarışığı istehsalı 1 milyon 815,6 min ton (artım 28,9%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 37,811 min ton (artım 12,1%) təşkil edib.

Hesabat dövründə tikinti gipsi istehsalında 65,1% - 14,2 min tonadək, beton konstruksiya istehsalında 42,2% - 49,3 min kubmetrədək azalma qeydə alınıb.