Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 01.01.2020-ci il tarixinədək təqribən 282 milyard kub metr təbii qaz hasil edilib
Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Hesabatında məlumat verilib.
Məlumatda bidirilir ki, bunun da 165 milyard kubmetri Azəri-Çıraq -Günəşlinin, 117 milyard kubmetri isə “Şahdəniz”in payına düşür. Hesabat dövrü ərzində 35,6 milyard kub metr qaz hasil edilib ki, bu da 2018-ci ilin hasilat göstəricisindən (30,5 milyard kubmetr) 5,1 milyard kubmetr (16,8%) çoxdur.
Müəllif:Aynur Qəniyeva