Siyasət

24 Yanvar

2020-nin birinci yarısı üçün neft qiyməti proqnozu

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), 2019-cu ilin ilk yarısında 1 barel Brent neftin qiymətinin orta hesabla 62 dollar olacağını nəzərdə tutur.


Fins.az xəbər verir ki, EIA-dan verilən açıqlamada, Yanvar ayının əvvəlində ABŞ və İran arasındakı gərginliyin artması ilə Brent neftinin barel qiymətinin 70 dollara qədər qalxdığı xatırladılıb.

 

İki ölkə arasındakı gərginliyin azalması ilə bazarda risklərin azaldığı qeyd edilən açıqlamada, Brent növü xam neftin barel qiymətinin ilin ilk yarısında orta hesabla 62 dollar olmasının nəzərdə tutulduğu qeyd edilib. 

 

Açıqlamada, qlobal neft bazarında təklifin azalacağı narahatlığının zəiflədiyi və qiymətlərin ilin ilk yarısında qalxmasının gözlənilmədiyi vurğulanıb.

 

©marja