Siyasət

23 Yanvar

2020-ci ildə “Şahdəniz” yatağından qaz hasilatı 11,3% artacaq

2020-ci iıdə “Şahdəniz” yatağından qaz hasilatı 18,7 milyard kubmetr həcmində proqnozlaşdırılır. Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsi ilə bağlı rəyində bildirilir.

Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə “Şahdəniz” yatağından 16,8 milyard kubmetr qaz hasil edilib. Beləliklə, 2020-ci ildə yataqdan qaz hasilatı 11,3% təşkil edəcək.

“2020-ci ildə “Şahdəniz” yatağından qaz hasilatının artımı yeni hasilat quyularının istismara daxil olması ilə bağlıdır”, - deyə rəydə qeyd olunur.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir