Siyasət

23 Yanvar

“Azərişıq” külək elektrik stansiyaları hesabına 84,9 mln. kVt•st elektrik enerjisi istehsal edib

Ötən il “Azərişıq” ASC külək elektrik stansiyaları hesabına 84,9 mln. kVt·st enerjisi istehsal edib.

Fins.az - a Energetika Nazirliyindən verilən məlumata görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən isə ötən il alternativ və bərpa olunan enerji mənbələri hesabına 10 985,5 min kVt·st, elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, 2019-ci il ərzində, 400 MVt külək və günəş elektrik stansiyalarının enerjisistemə qoşulması üçün tələb olunan operativ ehtiyat güc hesablanmış və energetik xarakteristikalar əsasında xərclərin hesabatı aparılıb.