Siyasət

22 Yanvar

Gürcüstan Azərbaycandan izolyasiya edilmiş naqillərin idxalını azaldıb

2019-cu ildə Azərbaycanın Gürcüstana izolyasiya edilmiş naqillər, kabel və digər elektrik keçiricilərinin idxalı əvvəlki illə müqayisədə 28,7% və ya 210,7 ton azalaraq 523,8 tona təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Hesabat ilində idxal edilən məhsula görə ödənilən məbləğ 1 607,0 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 39,3% və ya 1 041,2 min dollar azdır. Belə ki, 2018-ci ildə Azərbaycan Gürcüstana bu kateqoriya üzrə 2 648,2 min dollar dəyərində  734,5 ton məhsul ixrac edib.

(c) APA