Siyasət

21 Yanvar

Azəristiliktəchizat-a böyük məbləğdə maya qoyulub

“Azəristiliktəchizat” ASC-nin nizamnamə kapitalı kəskin artırılaraq 27 min 337 manatdan 13 milyon 668 min 498 manata çatdırılıb.

 

Bu barədə şirkətə istinadən xəbər verilir. 

 

Xatırladaq ki, “Azəristiliktəchizat” ölkə prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamına əsasən yaradılıb. Şirkət Azərbaycanda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir. 

 

© Report