Siyasət

20 Yanvar

Liviyada neft istehsalı dayanma nöqtəsinə yaxınlaşdı

Liviyanın ən böyük neft sahəsində istehsal, Xəlifə Hafterə aid silahlı güclərin boru xəttini bağlamasının ardından dayanma nöqtəsinə gəlib. Beləliklə, Almaniyanın Berlin şəhərində OPEC üzvü Liviyadakı vətəndaş müharibəsini dayandırmağa həsr edilmiş konfransa baxmayaraq, bu ölkənin hasilatı azalmaqda davam edir. 

 

"National Oil Corporation"un sözcüsünün açıqlamasına görə, ölkənin gündəlik neft istehsalı gündəlik 72 min barelə düşüb.

 

Liviyada ötən şənbə günü gündəlik neft istehsalı 1.2 milyon barel səviyyəsində idi. Bu, "Bloomberg"in topladığı məlumatlara görə, 2011-ci ilin Avqust  ayından bu yana ən aşağı səviyyədir.