Siyasət

20 Yanvar

Azərbaycandan 9,6 min ton neft bitumu alan ölkə

2019-cu ildə Gürcüstan Azərbaycandan 9,6 min ton neft bitumu idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Bildirilib ki, Azərbaycandan idxal hesabat dövründə edilən ümumi idxalın 5,6%-nə bərabər olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ən çox neft bitumu idxal etdiyi üçüncü ölkə olub.

2019-cu ildə Gürcüstanın neft bitumu idxalı ümumilikdə 169,6 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65 min ton və ya 62% çoxdur. Ötən il Gürcüstanın ən çox neft bitumu idxal etdiyi ölkə isə İran olub – 145,7 min ton. Bu ölkənin ümumi idxalının 85,8%-ni təşkil edib. İkinci yerdə isə İraq qərarlaşıb – 13,6 min ton (artım 8%).

(c)APA