Siyasət

20 Yanvar

Ən azı 5 sənaye müəssisəsi işə salınacaq

2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması nəzərdə tutulub

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub

Bildirilir ki,ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsində müəyyən edilmiş doqquz prioritetin həyata keçirilməsi nəticəsində: Azərbaycanın real ÜDM-i 2020-ci ildə 1 milyard 560 milyon manat artacaq, sənayedə 7700 daimi yeni iş yeri yaradılacaqdır.

Bu dövrdə dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcəkdir. 2020-ci ilədək bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş ilkin aralıq hədəflər aşağıdakı kimi müəyyən edilmişdir:ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması, məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması,2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması, yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi,ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi,kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz azaldılması,qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azaldılması