Siyasət

18 Yanvar

SOCAR bu əraziləri rekultivasiya edib

Son 10 ildə SOCAR tərəfindən 1 700 hektardan çox neftlə çirklənmiş ərazi rekultivasiya olunub.

Fins.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin binası inşa edilib. Ekoloji Park da neftdən təmizlənmiş torpaqlarda salınıb.

"SOCAR-ın ekoloji hədəflərinə neftlə çirklənmiş torpaqların təmizlənməsi də daxildir", - məlumatda qeyd olunur.

 

Qeyd edək ki, SOCAR Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.