Siyasət

17 Yanvar

“AzerGold” laborator xidmətlərinə 2 milyon manata yaxın vəsait yönəldəcək

“AzerGold” QSC kəşfiyyat sahələrindən götürülmüş süxur nümunələrinin geokimyəvi analizi üzrə laborator xidmətlərinə 2 milyon manata yaxın vəsait yönəldəcək. 


Fins.az xəbər verir ki, “AzerGold” müvafiq laborator xidmətlərinin göstərilməsi məqsədilə “ALS Laboratuar Hizmetler LTD/"AQM Quality" MMC-ni cəlb edib. Şirkət ilə artıq müqavilə imzalanıb.

 

“AzerGold”un məlumatına görə, müqavilənin dəyəri 1 milyon 947 min manatdır.

 

Həmçinin “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsi (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla) üzrə mühafizə xidməti satın alıb. Bu məqsədlə "GESCO" ASC-yə 478 min manat ödəyəcək.

 

Bundan başqa “AzerGold” QSC Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsi üçün optik xəttin çəkilməsi işlərini satın alıb.  Bu məqsədlə “Datum” MMC-yə 11 min 499 manat ödəyəcək.

 

2015-ci ildə yaradılmış "AzərGold"un səhmləri dövlətə məxsusdur. "AzerGold" QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.