Siyasət

16 Yanvar

2019-cu ildə SOCAR neft hasilatını 1,8%, qaz hasilatını – 4,5% artırıb

Azərbaycan 2019-cu ildə 11 milyard 586,368 milyon kubmetr qaz ixrac edib. Fins.az xəbər verir ki, bu barədə SOCAR-dan (ARDNŞ) məlumat  yayımlayıb 

Məlumatda bildirlir ki, "2019-cu ildə Azərbaycandan təbii qaz ixracı 23% artaraq 11 milyard 586,368 milyon kubmetr təşkil edib. Bu cür artım “Şahdəniz” yatağlından qaz hasilatının artımı ilə əlaqədardır”

Məlumata görə, 2019-cu ildə Azərbaycan Türkiyəyə 9 milyard 180,179 milyon kubmetr qaz ixrac edib (artım 27% - İF), həmçinin TANAP ilə 2 milyard 783,692 milyon kubmetr qaz ixrac olunub. “Ümumilikdə, 2019-cu ildə Azərbaycandan bütün qaz ixracının 79%-i Türkiyənin payına düşüb”, - SOCAR-dan qeyd ediblər.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir