Siyasət

28 Dekabr

Türkiyə Azərbaycan qazının idxalını 30% artırıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyə Azərbaycandan 7,79 mlrd kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Fins.az-ınn Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 mlrd. kubmetrə yaxın qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Yanvar-oktyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 12,21 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,02 mlrd. kubmetrdən çox qaz nəql edib.

Qeyd edək ki, ötən dövr ərzində Türkiyənin qaz idxalı 31,63 mlrd. kubmetrə yaxın təşkil edib.