Rusiya, OPEC + koalisiyasının istehsal məhdudiyyətlərinin neft bazarına sabitlik gətirdiyini, ancaq sonsuza qədər davam bilməyəcəyini bəyan edib.
Açıqlama, gələn ilin Mart ayından sonra hasilatın azaldılmasını nəzərdə tutan razılaşmanın gələcəyinə dair qeyri-müəyyənliyin davam etdiyi bir mühitə verilib.
Fins.az xəbər verir ki, Rusiyanın Energetika naziri Aleksandr Novak, dövlətə aid "Rossiya24" televiziyasına verdiyi müsahibəsində, "Neft istehsalının məhdudlaşdırılması sonsuza qədər davam edə bilməz. Yavaş yavaş, razılaşmadan çıxış mövzusunda bir qərar verməyimiz lazım olacaq" deyib.
OPEC + razılaşmasının ən əsas "memarlarından" biri olaraq, Rusiyanın mövzu haqqındakı fikirləri olduqca əhəmiyyətlidir, çünki ölkədəki neft istehsalçıları uzun zamandır istehsal məhdudiyyətlərinin ləğv edilməsi üçün hökumətə təzyiq edirlər.
Xəbər verdiyimiz kimi, Dekanbrın əvvəlində Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC +” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Razılaşma 2020-ci ilin Mart ayının sonunadən qüvvədədir.