Siyasət

26 Dekabr

Gürcüstan Azərbaycandan neft və neft məhsulları idxalını artırıb

Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 146,3 min ton neft və neft məhsulları idxal edib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının dəyəri isə 80,4 milyon ABŞ dolları təşkil edib.