Siyasət

26 Dekabr

2020-ci ildə Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaltmaq niyyətindədi

Təbii qaza olan tələbatını əsasən idxal hesabına təmin edən Gürcüstan 2020-ci ildə Azərbaycandan 2 milyard 385,2 milyon kubmetr qaz əldə etməyi ümid edir, bu da 2018-cu ilin göstəricisindən 2,5% azdır.

Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2020-ci il üçün təsdiq etdiyi təbii qaz balansına əsasən, Azərbaycan Gürcüstana göy yanacağın əsas tədarükçüsü olaraq qalır. Gələcəkdə Azərbaycan qazının tədarükü 2 milyard 385,2 milyon kubmetr həcmində planlaşdırılır (2019-cu ilin göstəricisindən 2,5% aşağı).

Eyni zamanda, 2020-ci ildə “Şahdəniz” layihəsi çərçivəsində Gürcüstana 873,8 milyon kubmetr (artım 3,6%), SOCAR şirkəti (ARDNŞ) tərəfindən – 1 milyard 511,4 nilyon kubmetr qaz tədarük olunacaq (azalma 6,9%).

2019-cu ildə Azərbaycandan qaz tədarükü 3% (2 milyard 466,2 milyon kubmetrə qədər) azaldılıb.