Siyasət

24 Dekabr

Xoşbəxt Yusifzadə: "SOCAR yanvar-noyabr aylarında 7 milyon ton neft və 6,2 milyard kubmetr qaz hasil edib"

SOCAR 2019-cu ilin yanvar-noyabr aylarında 7 milyon ton neft hasil edib. Bu barədə şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

“Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 34,3 milyon ton neft və 32,2 milyard kubmetr qaz hasil edilib. Bu həcmdən 7 milyon ton neft və 6,2 milyard kubmetr qaz SOCAR-ın payına düşüb. Şübhəsiz ki, Azərbaycan neftçiləri 2020-ci ili yaxşı göstəricilərlə qarşılayacaqlar”, - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.

Beləliklə, 11 ay ərzində respublika üzrə neft hasilatının ümumi həcmində SOCAR-ın xüsusi çəkisi 20,4%, qaz hasilatının ümumi həcmində 19,3% təşkil edib.

2018-ci ildə SOCAR 7,542 milyon ton neft və 6 milyard 525 milyon kubmetr qaz hasil edib.