Siyasət

24 Dekabr

Azərbaycan $106 milyon dəyərində mineral gübrə idxal edib

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 310,3 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 33,6% çoxdur. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-oktyabr aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $105 milyon 773,8 min (artım 49,9%) təşkil edib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $6 milyon 901 min dəyərində (azalma 21,5%) 30 min 350 ton (azalma 20,6%) sement və sement klinkeri idxal edilib.

Yanvar-oktyabr aylarında respublikaya $47 milyon 357,8 min dəyərində (artım 8,4%) 40 min 601,3 ton (artım 20,8%) polietilen idxal edilib.

Hesabat dövründə Azərbaycana $223 milyon 218,4 min dəyərində 293,1 min ton metalyayma məhsulu (artım 29,4%), $58 milyon 187,6 min dəyərində 103,2 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 18,4%), $26 milyon 247,4 min dəyərində 34 min 627,1 ton qara metaldan hazırlanan günyə (artım 19,5%), $228 milyon 582,6 min dəyərində (azalma 22,2%) 161,1 min ton qara metaldan hazırlanan boru (azalma 15,1%) idxal edilib.