Siyasət

18 Dekabr

“Qazprom” Yamalda qaz-kimya kompleksinin tikintisi layihəsinə SOCAR-ı cəlb edə bilər

“Qazprom” şirkəti Yamal yarımadasında qaz-kimya kompleksinin tikintisi layihəsini hazırlayır. Fins.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazır.

Layihənin ilkin dəyəri təxminən $15 milyard təşkil edir.

”Qazprom” layihəyə xarici şirkətlər konsorsiumunun cəlb edilməsi məsələsini artıq müzakirə edib. Layihənin mümkün iştirakçıları arasında Səudiyyə Ərəbistanının SABIC və Azərbaycanın SOCAR şirkətlərinin də olduğu bildirilir.*