Siyasət

18 Dekabr

Azərbaycanda nə qədər qaz hasil edilib?

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 34.315,7 min ton xam neft hasil edilib. Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xam neft hasilatı ötən ilin müvafiq dövründən 3,2 faiz azdır.

Bu ilin 11 ayında hasil edilən xam neftin 34.232,4 min tonu əmtəəlik xam neft olub. Əmtəəlik xam neft hasilatı ötən ilin müvafiq dövründən 3,4 faiz az olub.

Yanvar-noyabr ayları ərzində ölkədə qaz hasilatının həcmi isə 32.182,3 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16 faiz çoxdur.

Hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 22,141 mlrd. kubmetr olub. Bu isə ötən ildən 27,1 faiz artıqdır.