Siyasət

18 Dekabr

SOCAR avtomobil benzini istehsalını 2,5% azaldıb, dizel istehsalını 8,9% artırıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,7% - 2 milyard 800,8 milyon manata qədər azalıb. Bu barədə  fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 222,8 min ton birbaşa qovulan benzin (artım 24,2%), 1 milyon 911,2 min ton dizel yanacağı (artım 8,9%), 118,5 min ton soba mazutu (artım 27,8%) istehsal edilib.

Yanvar-noyabr aylarında avtomobil benzini istehsalında 2,5% - 1 milyon 41,9 min tonadək, kerosin istehsalında 3% - 537,6 min tonadək, sürtkü yağı istehsalında 81,6% - 21 min tonadək, neft bitumu istehsalında 16% - 229,1 min tonadək, neft koksu istehsalında 2% - 218,7 min tonadək azalma qeydə alınıb.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir