2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 34 milyon 315,7 min ton neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,2% azdır. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-noyabr aylarında 34 milyon 232,4 min ton (azalma 3,4%) əmtəəlik neft hasil edilib.
Yanvar-noyabr aylarında Azərbaycanda 32 milyard 182,3 milyon kubmetr qaz hasil olunub (2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 16%). Hesabat dövründə əmtəəlik qaz hasilatı 22 milyard 141 milyon kubmetr (artım 27,1%) həcmində olub.
2018-ci ildə respublikada 38 milyon 758 min ton neft və 30 milyard 592,2 milyon kubmetr qaz hasil edilib