Siyasət

17 Dekabr

Azərbaycan elektrik enerjisi ixracını 26% artırıb

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 1 742 720 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Fins.az  Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə elektrik enerjinin dəyəri 76 035 min ABŞ dolları təşkil edib.

Bu ilin 11 ayında ixrac edilən elektrik enerjinin həcmi ötən ilin müvafiq dövründən 362 566 min kVt/Saat yaxud 26,3%, dəyəri isə 11 066 min dollar və yaxud 17% çoxdur.

Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,4% olub ki, bu da ötən ilə nisbətən 0,06 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

© Report