SIĞORTA

19 Fevral

Azərbaycanda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

2026-cı ilin yanvar ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6,6 min vahid artaraq 2,2 milyon vahiddən çox olub.

Finss.az Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən xəbər verir ki, artım əsasən fiziki şəxslər üzrə qeydə alınıb.

Hüquqi şəxslərin sayı 917 vahid, fiziki şəxslərin sayı 5 324 vahid, torpaq mülkiyyətçilərinin sayı isə 387 vahid artıb. Bu göstəricilər fərdi uçot sisteminin genişlənməsini və sosial müdafiə sahəsində iştirakın artdığını göstərir.