Azərbaycanda 2025-ci il ərzində həyatın yaşam sığortası üzrə yığımlar 701 milyon 3 min manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 101 milyon 806 min manat və ya 17,0% çox olub. 2024-cü ilin eyni dövründə yığımlar 599 milyon 197 min manat səviyyəsində qeydə alınıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, hesabat dövründə həyatın yaşam sığortası üzrə ödənişlər 631 milyon 554 min manat təşkil edib ki, bu da illik müqayisədə 157 milyon 399 min manat və ya 33,2% artım deməkdir. 2024-cü ildə ödənişlər 474 milyon 155 min manat olub.
2025-ci ildə zərərlilik göstəricisi 90,1% səviyyəsinə yüksəlib və son bir ildə 10,9 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə zərərlilik göstəricisi 79,1% təşkil edib.
Hesabat dövründə artım həm yığımlarda, həm də ödənişlərdə müşahidə olunub ki, bu da həyatın yaşam sığortası bazarının dinamik inkişaf etdiyini göstərir.
Fuad Mədətov
Finss.az
