Azərbaycanda 2025-ci il ərzində yüklərin (nəqliyyat) könüllü sığortası üzrə yığımlar 6 454 000 manat təşkil edib.
Finss.az Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 557 000 manat və ya 8,0% azdır. Qeyd edək ki, 2024-cü ildə yığımlar 7 011 000 manat olub.
Eyni dövrdə sığorta ödənişləri 521 000 manat səviyyəsində olub ki, bu da illik müqayisədə 1 241 000 manat və ya 3,4 dəfə azdır. Ötən ilin eyni dövründə ödənişlər 1 762 000 manat təşkil etmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi 8,1% olub ki, bu da son bir ildə 17,0 faiz bəndi azalma deməkdir. 2024-cü ilin eyni dövründə zərərlilik göstəricisi 25,1% idi.
Fuad Mədətov
Finss.az
