SIĞORTA

13 Fevral

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları artıb

2026-cı ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 14,6 milyon manat vəsait ödənilib.

Finss.az Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsasən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə müavinətlər üzrə xərclənmiş vəsait 0,5 milyon manat və ya 3,2% artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə ödəniş 14,1 milyon manat təşkil etmiş və bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,04 milyon manat və ya 0,3% çox olub.

Fuad Mədətov
Finss.az