SIĞORTA

11 Fevral

Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

2026-cı ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2,050,3 milyon manat dəyərində vergi daxil olub ki, bu da proqnozdan 50,3 milyon manat çoxdur.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17,2 milyon manat səviyyəsində qeydə alınıb və bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7,4% artım göstərir.

Qeyri-büdcə təşkilatları üzrə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,9% artaraq 14,5 milyon manata yaxınlaşıb.

Fuad Mədətov
Finss.az