2026-cı ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2,050,3 milyon manat dəyərində vergi daxil olub ki, bu da proqnozdan 50,3 milyon manat çoxdur.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 80,2 milyon manat təşkil edib və bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 1% artım göstərir.
Qeyri-büdcə təşkilatları üzrə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2,4% artaraq 62,4 milyon manatdan artıq olub.
Yanvar ayında ödənilən verginin 71,6%-i qeyri-neft-qaz sektoru, 28,4%-i isə neft-qaz sektoru üzrə formalaşıb.
Fuad Mədətov
Finss.az
