2026-cı ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manat vergi daxil olub ki, bu da proqnozu 50,3 milyon manat üstələyir.
Finss.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məcburi dövlət sosial sığorta haqları:
- Yanvar ayında daxilolmalar 468 milyon manat təşkil edib.
- 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 5,6% və ya 24,6 milyon manat olub.
- Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,2% artaraq təxminən 347,5 milyon manat təşkil edib.
Beləliklə, yanvar ayında həm vergi, həm də sosial sığorta daxilolmaları proqnozları ötərək artım nümayiş etdirib.
Fuad Mədətov
Finss.az
