Son illərdə məşğulluq imkanlarının, əməkhaqlarının və əmək müqavilələrinin sayının artımı Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda davamlı artıma şərait yaradıb.
Finss.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən yayımlanan məlumata görə, 2018-2025-ci illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait təxminən 3 dəfəyə yaxın artaraq 2,3 milyard manatdan 6,5 milyard manata çatıb.

