2025-ci ildə Azərbaycanda kredit sığortası üzrə 5,681 milyon manat sığorta haqqı toplanılıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 422 min manat və ya 8% çoxdur.
Hesabat dövründə kredit sığortası üzrə sığorta ödənişləri isə 16 min manat və ya 21% azalaraq 60 min manat səviyyəsində qeydə alınıb.
Ümumilikdə isə 2025-ci ildə Azərbaycanda sığorta şirkətləri tərəfindən 1,505 milyard manat sığorta haqqı yığılıb ki, bu da 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu göstərici əvvəlki illə müqayisədə 167,7 milyon manat və ya 22,3% çoxdur.
Fuad Mədətov
Finss.az
