SIĞORTA

30 Yanvar

Azərbaycandakı sığorta şirkətlərinin sığorta yığımlarının dinamikası üzrə RENKİNQİ - YANVAR-DEKABR/2025

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərində yığımların dinamikası açıqlanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, illik müqayisədə ümumi sığorta yığımları 1 milyard 505 milyon manat təşkil edərək 11,2% artıb.

Hesabat dövründə ən yüksək artım Meqa Həyat Sığorta ASC-də qeydə alınıb – yığımlar 6,3 milyon manat və ya 54,3% artıb. Azərbaycan Sənaye Sığorta ASC 8,2 milyon manatla 33,1%, Atəşgah Həyat Sığorta Şirkəti ASC isə 21,6 milyon manatla 23,7% artım göstərib. Aqrar Sığorta ASC 3,2 milyon manat (22,9%) və Qala Həyat Sığorta Şirkəti ASC 5,2 milyon manat (20,1%) artım nümayiş etdirib.

Böyük şirkətlərdən Paşa Həyat Sığorta ASC 85,4 milyon manat (14,4%), Paşa Sığorta ASC 37,6 milyon manat (11,8%) artım göstərərək yığımlarda sabit artım nümayiş etdirib. Digər sığortaçılar – A-Qroup Sığorta Şirkəti ASC 2,0 milyon manat (10,8%), Xalq Həyat Sığorta Şirkəti ASC 0,6 milyon manat (5,3%), Xalq Sığorta ASC 0,7 milyon manat (2,9%) artım əldə edib.

Bəzi şirkətlərdə isə azalma qeydə alınıb: Qala Sığorta ASC -0,4 milyon manat (-0,5%), AtaSığorta ASC -0,4 milyon manat (-3,5%), İpək Yolu Sığorta ASC -0,5 milyon manat (-7,7%), Meqa Sığorta ASC -3,1 milyon manat (-8,5%), AzSığorta ASC -0,8 milyon manat (-8,6%) və Atəşgah Sığorta Şirkəti ASC -12,6 milyon manat (-16,5%).

2025-ci ilin yanvar–dekabr aylarında sığorta yığımlarının illik dinamikası üzrə renkinqini təqdim edirik:

Fuad Mədətov
Finss.az