2025-ci ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına 365,811 milyon manat sığorta haqqı toplanılıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 23,9 milyon manat və ya 7% çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər də artım göstərib. Belə ki, sığorta ödənişləri 6,9 milyon manat və yaxud 4,9% artaraq 146,6 milyon manata çatıb.
Beləliklə, ötən il icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı müştərilərə geri ödənilib.
Qeyd olunub ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətləri vasitəsilə ümumilikdə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% çoxdur.
Fuad Mədətov
Finss.az
