SIĞORTA

29 Yanvar

Azərbaycanda qeyri-həyat sığortası bazarı 5%-dən çox böyüyüb

2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 651,699 milyon manat sığorta haqqı toplanılıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 32,5 milyon manat və ya 5,2% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər də artım nümayiş etdirib. Belə ki, sığorta ödənişləri 8 milyon manat və yaxud 3% yüksələrək 277,463 milyon manata çatıb.

Beləliklə, ötən il qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətləri vasitəsilə ümumilikdə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Məlumata görə, bu məbləğ əvvəlki illə müqayisədə 167,7 milyon manat və ya 22,3% çoxdur.

Fuad Mədətov
Finss.az