2025-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 853,010 milyon manat sığorta haqqı toplanılıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 119 milyon manat və ya 16,2% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər də nəzərəçarpacaq dərəcədə artıb. Məlumata görə, sığorta ödənişləri 159,7 milyon manat və yaxud 33% yüksələrək 642,932 milyon manata çatıb.
Beləliklə, ötən il həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 75,4 manatı müştərilərə geri ödənilib.
Qeyd olunub ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətləri vasitəsilə ümumilikdə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Bildirilib ki, bu məbləğ 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% çoxdur.
Fuad Mədətov
Finss.az
