SIĞORTA

29 Yanvar

Azərbaycanda könüllü sığorta bazarı böyüyüb

2025-ci ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1,139 milyard manat sığorta haqqı toplanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü il ilə müqayisədə 127,6 milyon manat və ya 12,6% artım deməkdir.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər də əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, sığorta ödənişləri 160,8 milyon manat və ya 26,2% artaraq 773,8 milyon manata çatıb. Bununla da, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 67,9 manatı müştərilərə geri ödənilib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycanda sığorta bazarı üzrə toplanmış sığorta haqları 1,505 milyard manat təşkil edib. Bu göstəricinin 2024-cü il ilə müqayisədə 151,5 milyon manat və ya 11,2% artdığı bildirilib.

Eyni zamanda, hesabat dövründə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 167,7 milyon manat və ya 22,3% çoxdur.

Fuad Mədətov
Finss.az