SIĞORTA

28 Yanvar

İcbari tibbi sığorta üzrə adambaşına düşən məbləğ 34% artıb

2025-ci ildə Azərbaycanda bir nəfərə düşən icbari tibbi sığorta məbləği 262 manat təşkil edib. Bu göstərici 2024-cü ildə 195 manat olub.

Finss.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına və qarşıdakı hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə göstərilən tibbi xidmətlərin ümumi dəyəri 306 milyon manatdan çox olub.

Z.Əliyev qeyd edib ki, İcbari Tibbi Sığorta (İTS) haqqı ödənilən əhalinin sayı 2 milyon 263 min 437 nəfər təşkil edib. Hesabat dövründə işəgötürənlər, işçilər və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqlarının ümumi məbləği 705 milyon 173 min 092 manat olub.

Agentlik rəhbəri vurğulayıb ki, 2025-ci ildə icbari tibbi sığorta çərçivəsində ən çox istifadə olunan xidmətlər aşağıdakılar olub:

  • ginekoloji müayinələr,
  • radioloji müayinələr,
  • ümumi həkim müayinələri.

Fuad Mədətov
Finss.az