Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə, 2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 505 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% artım deməkdir.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi 920,4 milyon manat təşkil edib ki, bu da illik ifadədə 22,3% yüksəliş göstərib.
2025-ci ildə həyat sığortası növləri üzrə 642,9 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur. Toplanan məbləğin 637 milyon manatı könüllü həyat sığortasının, 5,9 milyon manatı isə icbari həyat sığortasının payına düşüb.
Qeyri-həyat sığortası növləri üzrə isə ödənişlərin həcmi 3% artaraq 277,5 milyon manata çatıb. Bu məbləğin 136,9 milyon manatı könüllü, 140,6 milyon manatı isə icbari sığorta növləri üzrə ödənişlərdən formalaşıb.
Fuad Mədətov
Finss.az
