2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən sığorta ödənişlərinin həcmi 920,4 milyon manat təşkil edib və illik ifadədə 22,3% artıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sığorta ödənişləri baxımından ilin lideri “Paşa Həyat Sığorta” ASC olub və şirkət 561,1 milyon manat sığorta təzminatı ödəyib. İkinci yeri “Paşa Sığorta” ASC (140,7 milyon manat), üçüncü yeri isə “Atəşgah Həyat Sığorta Şirkəti” (69,8 milyon manat) tutur.
2025-ci il üzrə sığorta ödənişlərinin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinqi belədir (min manatla):
| № | Şirkətin adı | Ödəniş (min manat) |
|---|---|---|
| 1 | Paşa Həyat Sığorta | 561,073 |
| 2 | Paşa Sığorta | 140,665 |
| 3 | Atəşgah Həyat Sığorta Şirkəti | 69,792 |
| 4 | Atəşgah Sığorta Şirkəti | 40,469 |
| 5 | Qala Sığorta | 27,067 |
| 6 | Meqa Sığorta | 16,146 |
| 7 | Azərbaycan Sənaye Sığorta | 13,143 |
| 8 | A-Qroup Sığorta Şirkəti | 12,014 |
| 9 | Xalq Sığorta | 10,883 |
| 10 | Aqrar Sığorta | 9,156 |
| 11 | Xalq Həyat Sığorta Şirkəti | 4,877 |
| 12 | Meqa Həyat Sığorta ASC | 4,583 |
| 13 | Qala Həyat Sığorta Şirkəti | 2,607 |
| 14 | AzSığorta | 1,836 |
| 15 | İpək Yolu Sığorta | 7,601 |
Beləliklə, ilin sığorta ödənişləri sahəsində Paşa Həyat Sığorta ASC liderliyi qoruyub, digər şirkətlərin ödənişləri isə daha kiçik həcmdə olub.
Fuad Mədətov
Finss.az
