Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar açıqlanıb.
Finss.az xəbər verir ki, İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçısı olan və Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərə bilən sığorta şirkətləri bunlardır:
Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır:
- Atəşgah Sığorta Şirkəti ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- Meqa Sığorta ASC
- Paşa Sığorta ASC
- Qala Sığorta ASC
- Xalq Sığorta ASC
İSB Yaşıl Kart sistemi üzrə Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən ixtisaslaşmış əlaqələndirici təşkilat kimi fəaliyyət göstərir.
Vətəndaşlara məlumat verilir ki, Yaşıl Kart sığortası ilə üzv ölkələrə səfər etməzdən əvvəl yalnız yuxarıda qeyd olunan sığorta şirkətlərindən xidmət əldə etmək mümkündür.
Fuad Mədətov
Finss.az
