SIĞORTA

23 Yanvar

Ötən il məcburi dövlət sosial sığorta haqları hesabına 155,4 min nəfərə birdəfəlik müavinət verilib

2026-cı ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1,1 milyon nəfəri ötüb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 098,7 min nəfər olub və bu, ölkə əhalisinin 10,7%-ni təşkil edir.

Bildirilib ki, həmin dövrdə 471,1 min nəfər aylıq sosial müavinət, 406,6 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alıb.

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuş birdəfəlik müavinət alanların sayı 155,4 min nəfər olub.

Fuad Mədətov
Finss.az